Allah hər insana çox yaxındır 

Allaha iman edən insan üçün istəklərinə nail olmaq, çətinliklərdən uzaq olmaq çox asandır. Çünki Allahı lazımi şəkildə təqdir edə bilən bir insan Rəbbimizin ona hər zaman çox yaxın olduğunu dərk edir. Allahın duaları qəbul edəcəyini, çətinlikləri və sıxıntıları aradan qaldıracağını və daim onu mühafizə edəcəyini bilir. Allaha olan bu etibar və təslimiyyət möminin davamlı olaraq təvəkküllü olmasını, bunun sayəsində sakit və rahat yaşamasını təmin edir.

Allah bir ayədə belə buyurmuşdur:

“And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsfəsələr verdiyini bilirik. Biz ona şah damarından daha yaxınıq” (Kaf surəsi, 16).

İnsana istədiyi zaman Allaha yönəlmək və istədiyi zaman Ondan yardım istəmək neməti bəxş edilmişdir. Allah insana hər zaman çox yaxındır, insanın nə vaxt hansı vəziyyətdə olduğunu ən yaxşı O bilir. Allahdan istəmək üçün insanın yalnız ağlından keçirməsi belə kifayətdir, çünki Allah insanların qəlblərində gizli olanı bilən, hər şeydən xəbərdar olandır. Bir ayədə Allahın duaları qəbul etdiyi aşağıdakı şəkildə xəbər verilmişdir:

(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?  (Nəml surəsi, 62).

Bu nemət Allahdan qorxan, Onun Böyüklüyünü təqdir edə bilən insanlara bəxş edilmiş nemətdir. Çünki ancaq Allaha boyun əyən və Onun bağışlayan olduğunu, sonsuz rəhmətini və nemətini görə bilən insanlar bu böyük neməti lazımi şəkildə təqdir edə bilirlər. Bu nemət bütün insanlara bəxş edildiyi halda, inkarçılar özlərinə verilən bu lütfdən faydalanmağı rədd edirlər. Onlara əngəl olan Allaha boyun əyməmələri, Allahın gücünü dərk etməmələri və təkəbbürü zərərli görməmələridir. Baxmayaraq ki, sonsuz qüdrət sahibi olan Allaha yönəlmək insana dünyada rahatlıq və xoşbəxtlik bəxş edir, axirətdə isə daha böyük nemətlərə vəsilə olacaq. Allah bir ayədə buyurur:

(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər (Bəqərə surəsi, 186).

İki nəfər söhbət edərkən üçüncüsü, üç nəfər söhbət edərkən dördüncüsü Allahdır. Allah qəlblərdəkini bilir, hər danışılanı eşidir, insanın hər anını görür. Allah bütün bunları yaradandır. Allah insanın qəlbindən keçən hər fikri bilir. İnsan yatarkən, hərəkətdə edərkən, təklikdə qaldığını zənn etdiyi bir anda da Allah onun yanındadır. O, Allahı görə bilmir, amma Allah onun hər halını hər an görür.

İnsan ehtiyac içində Uca Rəbbimizdən bir şey istədiyi zaman Allah mütləq onun duasını eşidir. Onun istəyini, ehtiyacını ən gözəl şəkildə təqdir edən, onun yaşadığı vəziyyəti ən yaxşı bilən Allahdır. İnsan Allahın onu mütləq eşitdiyini bilərək və duasını yalnız Onun qəbul edəcəyinə inanaraq Allaha üz tutub xalis sevgi və təslimiyyətlə Yaradana yönəlir. Onun qarşısındakı acizliyini bilir, Onun mütləq duaları qəbul edən olduğuna iman edir. Allahın ona bütün digər varlıqlardan daha yaxın olduğunu, onu mütləq eşitdiyini və mütləq gördüyünü bilir. Allaha sığınıb, güvənən insan Allahın böyük qüdrətini təqdir edə bilmiş, Onun üstünlüyünü görmüş, sevilməyə və qorxulmağa ən layiq olan Varlığın Allah olduğunu anlamışdır. Uca Rəbbimiz bir ayədə belə buyurur:

De: “Əgər mən (haqq yoldan) azsam, bunun zərəri (günahı) ancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi (Quran) sayəsindədir. Həqiqətən, O (kimin nə dediyini) eşidəndir, (dua edən bəndələrinə) yaxındır (Səba Surəsi, 50)


Dəyərli İslam alimi İmam Qazali Allahın qula yaxınlığını aşağıdakı şəkildə ifadə etmişdir:

"[Allah (cc)] Miqdarlarla sərhədlənməz, qitələr Onu əhatə edə bilməz, cəhətlərlə çərçivələnməyib, nə yer, nə də göylər onu əhatə edir. O, Ərşin üzərində Öz buyurduğu və murad etdiyi kimi yerləşmişdir. Ərşə nə təmas etmiş, nə qərargahı qurmuş, nə yerləşmiş, nə hulül etmiş (girmiş, daxil olmuş) nə də ondan başqa bir yerə getmişdir, bunlardan münəzzəhdir. Ərş ONU daşıya bilməz, əksinə Ərş və Ərşi daşıyan mələkləri Onun qüdrət lütfüylə daşımaqda, bunlar Onun qəbzə - i (el) qəhrində (Allahın şiddətli və əzab verici sifətlərinin təcəllisi) müsəhhərdirlər (zəbt edilmişlər). Ərş və göz üzərində olması yerdən və torpaqdan uzaqlığı tələb etmədiyi kimi, Ərşə və göyə yaxınlığını tələb etməz. Tam əksinə yerdən və torpaq altından çox uzaq olduğu kimi Ərş və səmadan da çox uzaqdır. Bununla birlikdə hər varlığa ən yaxın olan qula şah damarından daha yaxın olan Odur. Necə ki, Quranda "O, hər şeyə şahiddir" (Səba 47) buyurulmuşdur." (İHYA-U ULUMUDDİN, 1-ci CİLD Səh. 201, Hacetül İslam, İmam Gazali)