Allah Özünə yaxın olan qullarını müjdələyir

İman edən hər bir insanın, həyatının son anına qədər Rəbbimizə yaxınlaşaraq, Onun sevgisini, məmnuniyyətini və razılığını qazana bilməsi  üçün var gücüylə səy göstərməsi lazımdır. Çünki "Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır." (Bəqərə Surəsi, 107) ayəsiylə bildirildiyi kimi Allah, insanların ən yaxın dostu, köməkçisi və dəstəkçisidir. İnsanı yoxdan var edən Allah, saysız-hesabsız nemətləri ilə ona qarşı lütf sahibidir. Allah qullarının həyatlarını hər an qorumaqda, sonsuz şəfqətini və rəhmətini onlara çatdırmaqdadır.

Quranda bu həqiqət, "O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;O Rəbb ki, məni yedirdir və içirdir;O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram." (Şuəra Surəsi, 78-82) ayələriylə xəbər verilir. Rəbbimizin qulları üzərindəki bu sonsuz rəhmətini qavrayan hər insan, Allaha olan sevgisini, yaxınlığını və şükrünü ən gözəl şəkildə göstərməyə çalışmalıdır. Quranın "... "Ey Davud nəsli! (Bu nemətlərə) şükür edin! Qullarımdan şükür edəni azdır." (Səba Surəsi, 13) ayəsi ilə Allah, insanların bir qisminin bu əxlaqı lazımı kimi yaşamadıqlarını bildirir. Quranda, bəzi insanların yalnız çətinlik və ehtiyac içərisində olduqlarında Rəbbimizə yönəldikləri, bolluq və nemət içərisində ikən isə Allahdan üz çevirib insanlara yönəldikləri xəbər verilir. Bəziləri  də, ruzi baxımından heç bir korluq çəkmədiyi bir vaxtda  Allaha qarşı şükredici davranır, bir çətinliklə qarşılaşdıqlarında təvəkkül etmək əvəzinə  kədər, şübhə hətta üsyan kimi mənfi reaksiyalar verirlər.

Səmimi möminlərin bu cür insanlardan fərqi isə, nemət içindəykən də, çətinliklə qarşılaşdıqlarında da, yaşadıqları hər şeyi yaradanın Allah olduğunu bilərək Rəbbimizdən razı olmalarıdır. Yaşadıqları hər nə olursa olsun, Allahın "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!" (Bəqərə Surəsi, 152) ayəsini həyatlarında tətbiq edərək səmimiliklə Allaha yönəlirlər. Allahın verdiyi nemət qarşısında onlar, bunun Rəbbimizin bir lütfü və ikramı olduğunu bilərək Ona şükr edirlər. Bir nemətin itirilməsi, əskiklik, ya da bir tərsliklə  qarşılaşdıqlarında isə, bunun Rəbbimiz tərəfindən olan bir imtahan olduğunu unutmurlar, bunun qarşısında  Quranda bildirilən ən gözəl əxlaqı göstərməklə məsul olduqlarını bilərək Allahdan məmnun olurlar. Yaradanın Allah olduğunu və Allahın  dünya həyatının saysız gözəllik və nemətini məhz onlar üçün yaratdığını bilir; heç bir zaman  bunları Allahdan daha çox sevmirlər. İnsanlardan gördükləri  gözəlliklərin, bu kəslərə aid xüsusiyyətlər olmadığını; bütün bunları bir nemət olaraq yenə yalnız Rəbbimizin yaratdığını unutmurlar. Bu həqiqəti görə bildikləri üçün, heç bir zaman  insanları da, Allahdan qeyri müstəqil varlıqlar kimi  görmürlər; onlara olan sevgiləri əsla Rəbbimizə olan sevgilərinin önünə keçmir. Quranda möminlərin Allaha olan bu sevgiləri və sarsılmaz bağlılıqları belə xəbər verilir:

"İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər" (Bəqərə Surəsi, 165)

Allaha  daha yaxın olmaq üçün insanlara heç  bir sərhəd yoxdur. Rəbbimiz, insanların gücləri çatdığı qədər Özündən qorxub çəkinmələrini, saleh əməl işləmələrini, Allahın razılığını qazana bilmək üçün xeyirlərdə yarışmalarını əmr edir. Bu əxlaqı göstərərək, Rəbbimizə daha yaxın olmaq üçün səmimi səy göstərən möminləri Allah dünyada və axirətdə rəhmətiylə müjdələyir:

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. Bağışlayan və Rəhmli (Allah tərəfindən) (verilən) ziyafət kimi." (Fussilət Surəsi, 30-32)