Allahın möminləri yaxından izləməsi 

Dünya, Uca Allah tərəfindən insanları sınamaq məqsədiylə xüsusi olaraq yaradılan bir məkandır. Uca Allah bu imtahanın bir özəlliyi olaraq; bəzən bolluq və gözəllik verir, bəzən də çətin və sıxıntı verən  bəzi hadisələrlə qullarını sınayır. Bu zaman  insanın göstərdiyi  rəftar, onun nə dərəcədə yetərli imana sahib olub olmadığını üzə çıxarır. Çünki hadisələri Quranda bildirilən həqiqətlərə görə qiymətləndirmək bacarığı, ancaq imanın kamilləşməsiylə - kamil imana - sahib olmaqla mümkündür.

Quran əxlaqını  tam olaraq qavramayan bəzi kəslər ümidsizliyə düşərək qarşılaşdıqları çətinlikləri öhdəsindən gələ bilməyəcəkələri  bir vəziyyət olaraq görürlər. Halbuki Uca Allah, Quranda bu mövzuyla əlaqədar əhəmiyyətli bir sirr bildirir. Bu sirri, “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!  Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” (İnşirah Surəsi, 5-6) ayəsində Özünə güvənən, səmimi bir imana və təslimiyyətə sahib möminlərə xəbər verir.

Ayələrdə də bildirildiyi kimi, yaşanan vəziyyət nə qədər çətin olsa və bu vəziyyətdən çıxmaq çətin kimi görünsə də, Allah yaxından izlədiyi möminlər üçün mütləq o çətinlikdən çıxmağı asanlaşdıracaq, çətinliyi yüngülləşdirəcək bir səbəb yaradacaqdır. Mömin gözəl bir şəkildə səbr edərsə və səbrində davamlılıq  göstərərsə, bütün çətinliklərə baxmayaraq çətinliklə birlikdə Allahın asanlıq verdiyini görəcək. Necə ki, Allah başqa ayələrdə də Özündən qorxub çəkinən qullarına yol göstərəcəyini, onlara gözləmədikləri yerdən ruzi verərək işlərini asanlaşdıracağını belə müjdələyir:

"… Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərərvə ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.…" (Talaq Surəsi, 2-3)

Rəbbimizin Hz. Musanı Yaxından  izləməsi

Uca Allah Quranda mömin qullarını yaxından izləməklə qoruduğunu və onlara kömək etdiyini bəzi hekayələrdə  bildirir. Bu hekayələrdən biri Hz. Musa və qövmü ilə əlaqədardır. Quranda bildirildiyinə görə; Hz. Musa, İsrailoğulları ilə birlikdə Misiri tərk edərkən  Fironun ordusu onları təqib etmişdir. Nəhayət dəniz kənarına gəldiklərində, arxalarında Fironun güclü ordusu, qarşılarında  isə dənizlə  qarşı-qarşıya qalaraq zahirən çətin kimi görünən bir hadisəylə qarşı-qarşıya gəlmişlər. Ancaq Hz. Musanın Allaha olan sonsuz güvən və təslimiyyəti, çətin kimi görünən bu  vəziyyətdə belə onun ümidvar olmasına səbəb olmuşdur . Bu üstün əxlaqının nəticəsində , Allahın özünü və qövmünü bu vəziyyətdən qurtaracağına dair inancı heç itməmişdir.Hz. Musanın Quranda bildirilən "(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!” (Şuəra Surəsi, 62) sözlərinin ardından Allahın mömin qullarına olan vədi və köməyi dərhal reallaşmış, dəniz iki hissəyə ayrılmış, İsrailoğulları və Hz. Musa qarşı sahilə rahatlıqla keçmişlər, Firon və ordusu isə suda boğulmuşdur. (Şuəra Surəsi, 65-66)

İnsan, hikmət gözüylə baxarsa , həyatının hər anında sonsuz mərhəmət sahibi Allahın yaxın təqibini və özü üçün yaratdığı asanlıqları görə bilər. Ancaq bu həqiqəti görən  insanlar; Allahdan qorxub çəkinən, Allaha təvəkkül edən, hər çətinliklə qarşılaşdığında bunun qədərində olduğunu bilərək, tək dost və vəlisinin Allah olduğuna iman edənlərdir.

Allah Möminlərə Müxtəlif Vəsilələrlə Kömək edərək Onlara Müvəffəqiyyət qazandırır

"… Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir." (Həcc Surəsi, 40)

ayəsində xəbər verildiyi kimi Rəbbimiz möminlərə müxtəlif yollarla dəstək verir. Zahirən çətin kimi görünən bir işdə yaxın təqibiylə möminləri dəstəkləyir və onların yollarını açaraq işlərini asanlaşdırır. Rəbbimiz Quranda yaxın təqibi və dəstəyi ilə möminlərə müvəffəqiyyət verdiyini müxtəlif ayələrdə belə bildirir:

Elçilər göndərərək mömin qullarına kömək edir.

"Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!" (Mübarizə Surəsi, 21)

Mələkləri möminlərin köməkçiləri edir.

"… Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır." (Ali İmran Surəsi, 125-126)

Görünməyən  ordularla dəstəkləyir.

" …(Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı." (Tövbə Surəsi, 40)

Möminlər arasında qardaşlıq əlaqəsi quraraq onları bir-birləri ilə dəstəkləyir.

"Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi." (Ənfal Surəsi, 62)

Kafirlərin və münafiqlərin iman edənlər üzərində qalib gəlmələrinə heç bir zaman  icazə vermir.

"Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir." (Nisa Surəsi, 141)

Möminlər kafirlərdən say baxımından  az olsa belə möminləri güclü və məğlub olunmaz edir.

"… Əgər aranızda yüz səbrli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda min (səbrli kişi) olsa, Allahın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbr edənlərlədir." (Ənfal Surəsi, 66).

İzzət, güc və qürur verir.

"Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!”– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər." (Munafiqun Surəsi, 8)

Möminlərə güvən və hüzur  duyğusu endirərək onlara kömək edir.

"Musanın ürəyi xoflandı.Biz dedik: “Qorxma, qalib gələn mütləq sən olacaqsan!" (Taha Surəsi, 67-68)

Nəticə: Allahın Möminlər üzərindəki Yaxın Təqibi, Dünyada da Axirətdə də Davam Edir

Allah  yaxından  izləməsi ilə səmimi olaraq iman edənləri, özlərindən əvvəlkilər

kimi, "yer üzündə güc və iqtidar sahibi" edəcək. İman etməyənlərin və münafiqlərin olması,

bu inkarçı qrupların birləşərək möminlərə qarşı  müxtəlif təxribatlar törətməyə çalışmaları, onların möminlərdən sayca daha çox olmaları və güc və imkan baxımından möminlərdən üstün olmaları Allahın dünyada yaratdığı imtahanın xüsusiyyətidir. Quran əxlaqı yer üzündə dərhal hakim olarsa, möminlərin hər etdikləri iş daima müvəffəqiyyətlə nəticələnərsə, möminlərə qarşı olan qruplar olmazsa, o zaman dünyada imtahan və mübarizə mühiti olmazdı. Halbuki Allah belə bir nizam yaradaraq həm dünyada bir hərəkətlilik və mübarizə mühiti meydana gətirməkdə, həm də möminləri, münafiqləri, kafirləri və müşrikləri sınayaraq bir-birindən ayırmaqdadır.

"Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!”– dedilər. Bu onların yalnız imanını və itaətini artırdı.." (Əhzab Surəsi, 22)

ayəsində bildirildiyi kimi səmimi möminlər, belə bir vəziyyət qarşısında Allaha yönələrək kömək və zəfərin Ondan gələcəyini bilirlər. Belə ki, bütün elçilər insanlara din əxlaqını təbliğ etmə vəzifəsinə başladıqlarında tək olurlar. Ancaq Allahın yaxın dəstəyi ilə zamanla ətraflarındakı möminlərin sayları  artır. Allah Peyğəmbər Əfəndimizə (səv) bu gerçəyi müjdələyərək, Şəxsinin yaxın təqibi və qoruması ilə zahirən çətin olan bu vəzifəsini müvəffəqiyyətlə tamamlayacağını bildirir:

"Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!." (Nəsr Surəsi, 1-3)

Allahın bu cür  yaxından  izləməsi, tarix boyunca elçilər və onlara tabe olan möminlər üçün dünyada zəfər və hakimiyyət ilə nəticələnmişdir və bundan sonra da Allahın icazəsiylə o şəkildə nəticələnəcək. Ancaq ən əhəmiyyətlisi, möminlər dünyada olduğu kimi axirətdə də Rəbbimizin yaxından izləməsiylə və razılığıyla şərəflənəcəklər. Allahın möminlər üzərində davam edən yaxın təqibi və qoruması ilə axirətdə görəcəkləri qarşılıq Quranda belə xəbər verilir:

"..Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. (Allah) onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır." (Mübarizə Surəsi, 22)

Allah hər zaman mömin qullarının köməkçisi, dəstəkçisi və tək dostudur. Möminlər, səmimi bir niyyətlə Quran əxlaqının yayılmasını və yalnız Uca Allahın razılığını istədikləri üçün, daim Rəbbimizin qoruması və yaxın təqibi ilə  izlənirlər. Sonsuz güc sahibi Allahın dümdüz yolu üzərində olan möminlərin müvəffəqiyyətlərinə səbəb də, Rəbbimizin yaxından  izləməsi və qorumasıdır. Allahın yaxın təqibini, dostluğunu, köməyini, dəstəyini qazanmaq, bir insan üçün bütün güclərdən və dəstəklərdən daha üstündür. Allahın "Vəkil" sifəti "işlərini Özünə təvəkkül edənlərin işini düzəldib, onların edə biləcəyindən daha yaxşısını təmin edən" mənasını verir. Bu səbəbdən kim Allahı dost seçər və Ona təslim olsa, o insanın dünyada və axirətdə çox böyük bir qazanc və gözəllik içində yaşayacağı, Allahın icazəsiylə heç bir hadisədən və heç bir insandan zərər görməyəcəyi qəti gerçəkdir. Allah (əzəldən) belə yazmışdır:

“Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir." (Mübarizə Surəsi, 21)