Allaha yaxınlaşmaq üçün vəsilə axtarmaq 

“Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə) qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!” (Maidə surəsi, 35).

Uca Allah möminlərə yalnız Ondan qorxmalı olduqlarını bildirir. Allahı bütün sifətləri ilə tanıyan, Onun böyüklüyünü lazımi şəkildə qavraya bilən, ağıl və vicdan sahibi olan hər bir insan Allahdan bacardığı qədər qorxur. Mömin Allahın əzabından, Allahın razılığını və sevgisini itirməkdən çox qorxar və bu səbəbdən həyatı boyunca çox ciddi və səmimi bir şəkildə səy göstərər.

Rəbbimiz bu ayə ilə insanları Ona yaxınlaşmaq üçün yollar axtarmağa çağırmışdır. Allaha yaxınlaşmaq, nümunəvi və öndə gedən bir mömin olmaq üçün səy göstərmək lazım olduğu vurğulanmışdır. Bu səbəbdən möminin həyatında ən böyük hədəfi Allahın bu çağırışına görə səy göstərmək və bütün insanlar arasında Allaha ən yaxın qul olmağa çalışmaqdır. Bu məsələdə möminlərin özlərinə nümunə götürdüyü şəxslər isə peyğəmbərlərdir. Peyğəmbərlərin Allaha yaxınlıqlarının səbəbi onların Allahdan ən çox qorxan və Allahı çox sevən, təqva sahibi, gözəl əxlaqlı və səmimi insanlar olmalarıdır.

Özü üçün peyğəmbər əxlaqı və səmimiyyətini nümunə götürən hər bir insan Allahdan qorxaraq, Quranın hökmlərini diqqətlə yerinə yetirərək və həyatını Allahın razılığını qazanmak üçün sərf edərək Allaha yaxınlaşmağı ümid edə bilər. İnsan yalnız səmimi istəklə bir neçə saniyə ərzində Allaha yaxınlaşmaqda irəliləyiş əldə edə bilər, çünki Allah insanlara çox yaxındır və qullarının dualarını qəbul edəndir. Buna görə insanın Allaha yaxınlaşması yalnız qəti niyyətdən asılıdır.

Ayənin sonunda Allah yolunda cihad edən, Allahın hökmlərinə uyğun yaşayan, qəlbində Allah qorxusu olan möminlərin nicat tapacağı – yəni Uca Allahın razılığına və cənnət həyatına nail ola biləcəyi barədə müjdə verilir.

Quranda “Biz onu bağışladıq. Həqiqətən o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaq” (Sad surəsi, 25) ayəsi ilə Hz. Davudun Allaha yaxınlığı bütün müsəlmanlara nümunə kimi göstərilmişdir. Peyğəmbər əxlaqını və səmimiyyətini özünə nümunə götürən bütün möminlər onlar kimi Allahdan qorxaraq, Quranın hökmlərini diqqətlə yerinə yetirir və həyatlarını Allahin rizasını qazanmağa sərf edərək, peyğəmbərlər kimi Allaha yaxınlaşmağı ümid edə bilərlər. Amma burada mühüm bir məqam var: Bir insanın Allaha yaxınlaşması səmimi istəklə Allahın iznilə bir neçə saniyədə baş verə bilər. Çünki Allah insanlara çox yaxındır və qullarının dualarını qəbul edəndir. Bu səbəbdən insanın Allaha yaxınlaşması yalnız qəti niyyətdən asılıdır.